Venesuelada daha bir güclü zəlzələ baş verdi

Jun 28, 2026 - 08:48
 0  3
Venesuelada daha bir güclü zəlzələ baş verdi

Venesuelanın Araqua ştatının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

XEBER.GE xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri ölkənin paytaxtı Karakasdan 60 km qərbdə, yerin 35 km dərinliyində yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, iyunun 25-i Venesuelanın şimalında 7,2 və 7,5 maqnitudalı iki ardıcıl yeraltı təkan baş verib. Nəticədə 1430 nəfər həyatını itirib. Ölkədə fövqəladə vəziyyət elan edilib.

mәnbә: axar.az