Vaziubanıda bir nəfəri yaralayan keçmiş məhkum saxlanılıb

Apr 5, 2026 - 15:16
 0  23
Vaziubanıda bir nəfəri yaralayan keçmiş məhkum saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi   paytaxtın Vaziubanı qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı əməliyyat keçirib.

Xeber.ge xeber  verir ki, sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham olunan, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Q.Q. saxlanılıb.

  İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs münaqişə zəminində odlu silahdan istifadə edərək 1996-cı il təvəllüdlü X.Z.-yə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilir.

  Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs cinayəti törətdikdən qısa müddət sonra Telavi şəhərində "isti izlər"lə ələ keçib. İstintaq zamanı cinayət aləti olan odlu silah maddi sübut kimi götürülüb.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (Sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq aparılır.

Bu maddə üzrə saxlanılan şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.