Trampın təyyarəsinə hücum cəhdi

Mar 30, 2026 - 11:30
 0  16
Trampın təyyarəsinə hücum cəhdi

ABŞ Prezidenti Donald Trampın təyyarəsinin yaxınlığında pilotsuz uçuş aparatı (PUA) uçub.

 Xeber.ge xəbər verir ki, bu barədə "CBS 12" kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə səbəbindən Floridadakı Palm Biç hava limanında uçuşlar müvəqqəti olaraq təxirə salınıb, helikopterlər havaya qalxıb.

Prezidentin açıq cədvəlində onun Palm Biçdən Vaşinqtona yola düşməli olduğu göstərilirdi. Lakin Ağ Evin müxbiri Endryu Feynberq bildirib ki, "Air Force One" hələ havaya qalxmamışdı, "hadisə baş verən zaman amerikalı siyasətçi Vest Palm Biçdəki klubunda qolf oynayırdı".

mənbə: publika.az