Türkiyə hərbi təyyarələri Pakistana göndərdi

Hindistanla gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri Pakistana doğru hərəkət edərkən görüntülənib.
Xeber.ge xəbər verir ki, bu barədə “Flaytradar” izləmə xidmətinin məlumatlarında qeyd olunub.
Pakistan mənbələrinə görə, Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazaya enib.
Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmirdə 25 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra pisləşib.
mənbə: axar.az