Telavidə elektrikin təmiri zamanı 1 nəfəri cərəyan vuraraq öldürüb

Aug 3, 2026 - 20:42
 0  9
Telavidə elektrikin təmiri zamanı 1 nəfəri cərəyan vuraraq öldürüb
: :
playing

Telavi bələdiyyəsində bir kişi cərəyan vurması nəticəsində həlak olub.

XEBER.GE xeber  verir ki, məlumatı "Tabula"ya Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Hadisə dünən Qarajala kəndində baş verib. Yerli media — "Mtavari ambebi Kaxetidan"ın yazdığına görə, həmin şəxsin elektrik işləri görmək təcrübəsi var idi və yerli sakinlərdən biri ondan zədələnmiş naqillərin təmirində köməklik göstərməsini xahiş edib. Kişi elektrik dirəyinə qalxmalı olub və bu zaman onu cərəyan vurub. Onu aşağı endirmək yalnız elektrik enerjisinin verilişi təcili şəkildə dayandırıldıqdan sonra mümkün olub.

DİN-in məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 240-cı prima maddəsinin 2-ci hissəsi ilə başlayıb. Bu maddə elektrik obyektində təhlükəsizlik qaydalarının pozulması nəticəsində insan həyatının itirilməsini nəzərdə tutur. Cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə ilə cəzalandırılır.