Tehran həbsxanasından çox sayda məhbus qaçıb- VİDEO

Jun 17, 2025 - 11:47
 0  8

Tehranın qərbindəki həbsxanadan məhbuslar qaçıb.

Xeber.ge xəbər verir ki, İranın müxalifət kanalları kütləvi qaçışla bağlı xəbərlər yayıblar.

Dizelabad mərkəzi həbsxanası yaxınlığında çəkilmiş kadrlarda insanların magistral yol boyu sürətlə getdiyi görünür. Bildirilir ki, onlar həbsxanaya hücumlardan sonra çaşqınlıq içində qaçan məhbuslardır.

Qeyd olunur ki, raket həbsxana binasına düşüb və məhkumlar çaxnaşmadan istifadə edərək qaçıblar.

mənbə: oxu.az