Tbilisinin mərkəzində yanğın baş verib
Tbilisidə, Aqmaşenebeli prospektində yanğın qeydə alınıb.
Alov "İtalyan həyəti" tipli yaşayış binasının fasad hissəsini bürüyüb.
Xeber.ge xəbər verir ki,
Qurumdan verilən məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanğın lokallaşdırılıb və qısa müddət ərzində tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.