Tbilisidə tikintidə 25 yaşlı kişi həyatını itirib
Tbilisidə, Diğomidə yaşayış binalarının tikintisində 25 yaşlı fəhlə həyatını itirib.
Xeber.ge xəbər verir ki,
Hadisə gecə saatlarında baş verib. Hadisə yerində ekspert-kriminalistlər bir neçə saat ərzində işləyiblər.
Mərhumun cəsədi ekspertizaya göndərilib.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 240-cı maddəsi (təhlükəsizlik qaydalarının pozulması) üzrə aparılır.