Tbilisidə üç Polyak vətəndaş bıçaqlanıb-VİDEO

Oct 9, 2025 - 14:57
Oct 9, 2025 - 21:24
 0  52
Tbilisidə üç Polyak vətəndaş bıçaqlanıb-VİDEO
Tbilisidə üç Polyak vətəndaş bıçaqlanıb
 

Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə üç Polyak vətəndaş xəsarət alıb.

 
Daxili İşlər Nazirliyi bildirir ki, hücumla bağlı iki şəxs – 2004-cü il təvəllüdlü S.C. və əvvəllər müxtəlif ağır cinayətlərə görə məhkum olunmuş 1985-ci il təvəllüdlü E.G. – bir neçə şəxsə qarşı zorakılıq əməllərinə görə həbs olunub.
 
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilənlər Tbilisidə yerləşən bir restoranın yaxınlığında qarşılıqlı mübahisə əsasında Polyak vətəndaşlarına müxtəlif xəsarətlər yetiriblər. Fiziki qarşıdurma zamanı E.G. kəsici və ya iti olmayan alət ilə onlara fiziki təsir göstərib.
 
Hadisədən sonra təqsirləndirilən şəxslər hadisə yerindən qaçıblar. Yaralı xarici vətəndaşlar isə müvafiq tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər”, – deyə açıqlamada bildirilir.