Tbilisidə sürücülərin nəzərinə: Kürün sağ sahilində yol bağlanır

Apr 15, 2026 - 23:21
 0  16
Tbilisidə sürücülərin nəzərinə: Kürün sağ sahilində yol bağlanır

Tbilisi meriyası paytaxt sürücülərinə müraciət edərək hərəkətin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.

Xeber.ge xeber verir ki, aprelin 16-da Tamar Mepe körpüsündən "Laguna Vere" istiqamətində avtomobillərin hərəkəti tamamilə dayandırılacaq.

Hərəkətin məhdudlaşdırılması aprelin 16-da saat 01:00-da başlayacaq və 06:00-dək davam edəcək. Məhdudiyyət Mtatsminda rayonu ərazisində, Kür çayının sağ sahilində, Tamar Mepe körpüsündən "Laguna Vere" istiqamətinə (Qəhrəmanlar meydanı pandusunun yaxınlığı) gedən yolu əhatə edəcək.

Məhdudiyyətə səbəb həmin ərazidəki köhnəlmiş və zədələnmiş yağış suyu kollektorlarının (sukanalizasiya quyularının) təmiri ilə bağlıdır. İşlərin icrasını "Tbilservice Group" MMC təmin edəcək.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə iş aparılan ərazidə müvafiq yol-xəbərdarlıq nişanları yerləşdiriləcək. Tbilisi meriyası yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir.