Tbilisidə qadın qətlə yetirilib

Jan 14, 2026 - 19:03
 0  42
Tbilisidə qadın qətlə yetirilib
: :
playing

Tbilisinin mərkəzində ağır qətl hadisəsi baş verib.

Xeber.ge xeber  verir ki, hadisə Marjanişvili küçəsində yerləşən "İtalyan həyəti"ndə qeydə alınıb. İlkin məlumatlara əsasən, 40 yaşlarında olan qadın qonşusu tərəfindən hücuma məruz qalıb. Şübhəli şəxs qadına soyuq silahla ölümcül xəsarətlər yetirdikdən sonra hadisə yerindən qaçıb.

Hazırda Gürcüstan polisi qaçan cinayətkarın saxlanılması istiqamətində ölkə miqyasında genişmiqyaslı axtarış tədbirləri həyata keçirir. Hadisə yerinə kriminalistlər cəlb olunub, istintaq hərəkətləri davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Bu maddə üzrə təqsirli bilinən şəxsi uzunmüddətli həbs cəzası gözləyir.