Tbilisidə etiraz yürüşü zamanı rusdilli şəxslərlə aksiya iştirakçıları arasında insident baş verib- Video

Jul 19, 2025 - 20:54
 0  64

Tbilisidə parlamentə doğru davam edən etiraz yürüşü zamanı Melikişvili prospektində aksiya iştirakçıları ilə rusdilli vətəndaşlar arasında insident yaşanıb.

Aksiya iştirakçılarının bildirdiyinə görə, prospektdən keçən və rus dilində danışan şəxslər onlardan etirazın səbəbini soruşublar. Cavabı eşitdikdən sonra isə etirazçılara qarşı təhqiredici ifadələr işlədiblər. Bu isə qarşılıqlı söyüş və fiziki qarşıdurmaya səbəb olub.

Hadisəyə polis müdaxilə edib və vəziyyət tez bir zamanda nəzarət altına alınıb. Bundan sonra yürüş iştirakçıları dinc şəkildə parlament binasına doğru hərəkətini davam etdiriblər.

mənbə: interpress