Tbilisidə dələduzluq əməliyyatı
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusi əməliyyat nəticəsində külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən xarici ölkə vətəndaşını saxlayıblar.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs özünü xarici firmaların rəsmi distribütoru kimi təqdim edib. O, zərərçəkmişə tam istilik sistemi dəstinin alınmasında köməklik göstərəcəyini vəd edərək böyük məbləğdə pul vəsaitini hesabına köçürməyə nail olub.
Dələduzluq yolu ilə əldə edilən məbləğ təxminən 136 000 larini təşkil edir. Hüquqazidd əməllə əldə olunan vəsait şəxsi məqsədlər üçün xərclənib.
Şübhəli şəxs hakim qətnaməsi əsasında saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Bu cinayət 9 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.