Tbilisidə 51-ci məktəbin qarşısında silahlı şəxs intihara cəhd edib

Jan 21, 2026 - 19:15
 0  34

Tbilisinin mərkəzində, 51 nömrəli dövlət məktəbinin yaxınlığında insident baş verib. Hadisə yerindən görüntüləri "OC Media" nəşrinin nümayəndəsi yayıb.

Xeber.ge xeber  verir ki, hadisə şahidləri jurnalistə bildiriblər ki, bir kişi idarə etdiyi avtomobili iki dəfə ard-arda dəmir çəpərlərə çırpıb. Daha sonra avtomobildən düşən həmin şəxsin əlində iki bıçaq olduğu görülüb.

O, ətrafdakı polis əməkdaşlarına xəbərdarlıq edərək, yaxınlaşacaqları təqdirdə özünə qəsd edəcəyini bildirib. Hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində silahlı şəxs zərərsizləşdirilərək saxlanılıb.