Səudiyyə Ərəbistanının "yatmış şahzadəsi" 20 il komada qaldıqdan sonra vəfat edib

Səudiyyə Ərəbistanının "yatmış şahzadəsi" Əl-Valid bin Xalid bin Talal əl Səud 36 yaşında vəfat edib.
Xeber.ge xəbər verir ki,
Gənc Londonda oxuyarkən avtomobil qəzasında ağır kəllə-beyin travması alıb və iyirmi ildən çox komada qalıb. Qəza vaxtı onun 16 yaşı olub.
Bu illər ərzində həkimlər dəfələrlə kral ailəsinə şahzadənin sağalma şansının olmadığını, onu süni olaraq həyatda saxlamağın mənasız olduğunu bildiriblər. Lakin ata oğlunun həyatına son qoymaqdan imtina edib.
mənbə: oxu.az