Suramidə ev oğurluğu ittihamı ilə 2 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Xaşuri rayon idarəsinin əməkdaşları oğurluq ittihamı ilə əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda şərti cəza altında olan iki nəfəri - 2002-ci il təvəllüdlü L.L.-ni və 1986-cı il təvəllüdlü N.K.-nı saxlayıblar.
Xeber.ge xəbər verir ki,
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcədən əlbir olaraq, qrup halında Surami qəsəbəsində yerləşən yaşayış evini qarət ediblər, oradan müxtəlif növ məişət əşyalarını qanunsuz olaraq ələ keçirərək hadisə yerindən qaçıblar.