Oğurluq ittihamı ilə İtaliyada 3 gürcü saxlanıldı

Dec 25, 2025 - 13:03
 0  5
Oğurluq ittihamı ilə İtaliyada 3 gürcü saxlanıldı

 İtaliyanın Sesto Kalende şəhərində oğurluq ittihamı ilə Gürcüstanın 3 vətəndaşı saxlanılıb.

Xeber.ge xəbər verir ki, İtaliya mediasının məlumatına görə, karabinyerlər Gürcüstan vətəndaşlarının avtomobilində oğurlanmış əşyalar aşkar ediblər.

Onların arasında dəyəri 1600 avrodan çox olan kosmetika məhsulları və şokoladlar da olub.

Məhkəmə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçib.