Soyuq silahla bıçaqlanma faktına görə bir nəfəri saxlayıb
 
                                Daxili İşlər Nazirliyi soyuq silahla bıçaqlanma hadisəsi ilə bağlı bir şəxsin saxlanıldığını bildirib.
DİN-in yaydığı məlumata görə, insident mübahisə zəminində baş verib. Hadisə zamanı təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olub və mübahisədən sonra zərərçəkmişə soyuq silahla xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
“Mtsxeta-Mtianeti Polis İdarəsinin Duşeti rayon bölməsinin əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən operativ və istintaq tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Ş.K. qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.
Cinayət əməli 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, spirtli içkinin təsiri altında olan Ş.K. ilə 1991-ci il təvəllüdlü Z.A. arasında əvvəlcə şifahi mübahisə yaranıb, bu isə fiziki qarşıdurmaya çevrilib. Ş.K. soyuq silahdan istifadə edərək Z.A.-ya bıçaq xəsarətləri yetirib və hadisə yerindən qaçıb.
Yaralı kişi xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş.K.-nı qısa müddət ərzində isti izlərlə saxlayıblar və cinayətin törədilməsində istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə aparılır, bu maddə qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutur”, – deyə məlumatda bildirilir.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            