Son 20 ildə yol qəzalarının sayı demək olar ki, iki dəfə artıb

Aug 14, 2025 - 11:17
 0  12
Son 20 ildə yol qəzalarının sayı demək olar ki, iki dəfə artıb

2024-cü ildə ölkədə 5 866 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da 2004-cü ilin göstəricisindən təxminən iki dəfə çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (“Sakstat”) məlumatında qeyd olunur.

Rəsmi statistikaya əsasən, 2004-cü ildə 2 936 qəza baş verib. Növbəti illərdə isə dördillik intervallarla rəqəmlər belə dəyişib:

2004 – 2 936 qəza

2008 – 6 015 qəza

2012 – 5 359 qəza

2016 – 6 939 qəza

2020 – 4 999 qəza

2024 – 5 866 qəza

Məlumat üçün bildirilir ki, Xidmət Agentliyinin açıqlamasına görə, hazırda Gürcüstanda 1 948 428 avtomobil rəsmi qeydiyyatdadır.

mənbə: interpress