Sinvarın qardaşı HƏMAS lideri oldu
Məhəmməd Sinvar HƏMAS-ın Qəzzadakı yeni lideri olub.
Xeber.ge xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, Məhəmməd Sinvar 2024-cü ilin oktyabrında İsrail ordusu tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır. Məhəmməh Sinvar həm də İzzəddin əl-Qəssam Briqadasının rəhbəridir.
mənbə: axar.az