Saxta sənədə görə DTX Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı saxladı

Dec 27, 2025 - 16:52
 0  27
Saxta sənədə görə DTX Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı saxladı

DTX Qida Təhlükəsizliyi Milli Agentliyinin əməkdaşını saxlayıb. Ona 560 lari rüşvət alma ittihamı irəli sürülür.

Xeber.ge xeber  verir ki, hadisə Kaspi şəhərində baş verib.

Müvafiq qurumun məlumatına görə, dövlət qulluqçusu mal ətinin satışına icazə verən saxta arayışları ətin yararlılığını və istehlakçıya təqdim olunan məhsulu yoxlamadan tərtib edib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi və 25–338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır.

Bu maddələr 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.