Sameqreloda sürücü yanan avtomobilin içində həlak oldu
Sameqreloda, Şamqona kəndində sürücü yanar avtomobildən çıxa bilməyərək hadisə yerindəcə dünyasını dəyişib.
XEBER.GE xeber verir ki, Şamqona kəndində baş verən yanğın zamanı nəqliyyat vasitəsinin sürücüsü alovlanan avtomobilin salonunu tərk etməyə imkan tapmayıb və yerindəcə həyatını itirib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 188-ci maddəsi (ehtiyatsızlıqdan əmlaka zərər vurma və ya onu məhv etmə) ilə istintaq başladılıb.