Gürcüstanda zəlzələ oldu

May 31, 2026 - 14:10
 0  109
Gürcüstanda zəlzələ oldu

Gürcüstanda növbəti yeraltı təkanlar qeydə alınıb.

Xeber.ge xəbər verir ki, mayın 31-i səhər saatlarında ölkənin qərb bölgəsində zəlzələ baş verib.

Yerli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:21-də Bağdati bələdiyyəsinin (rayonunun) Alismareti kəndi yaxınlığında qeydə alınıb.

 Episentrdə zəlzələnin maqnitudası 3.1 təşkil edib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində kənddə və ətraf ərazilərdə hər hansı dağıntı və ya xəsarət alan olmayıb. Yeraltı təkanların yerli sakinlər tərəfindən zəif hiss olunduğu bildirilir.