Şəhər Meriyasının Əmlak İdarəetmə Agentliyinin rəhbəri Mtatsmindada baş verən hadisə ilə bağlı açıqlama verib
Tbilisi Şəhər Meriyasının Əmlak İdarəetmə Agentliyinin rəhbəri Serqo Birkadze Mtatsminda parkı yaxınlığında yerləşən binanın çökməsi nəticəsində bir nəfərin həyatını itirməsi faktına münasibət bildirib.
O, bunun çox üzücü bir hadisə olduğunu qeyd edib və vurğulayıb ki, hadisə baş verən ərazi bələdiyyə torpağı deyil, özəl mülkiyyətdir.
"Əvvəlcə bildirmək istəyirəm ki, bu, çox üzücü bir hadisədir və təbii ki, mərhumun ailəsinə başsağlığı veririk. Bu ərazi birbaşa bələdiyyəyə aid deyil, o, özəl mülkiyyətdir. Özəl mülkiyyətlə bağlı təhlükəsizlik qaydalarına riayət etmək məhz mülk sahibinin öhdəliyidir. Bələdiyyə ərazilərinə gəldikdə isə, biz həmişə çalışırıq ki, onların təhlükəsizliyi təmin edilsin və hər hansı insidentlərin qarşısı alınsın" – deyə Serqo Birkadze bildirib.
Dünən, 25 mart tarixində yayılan məlumata görə, iki gün əvvəl Mtatsminda parkında binanın çökməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi üzrə istintaq başladılıb. Bu maddə mədən, tikinti və ya digər növ işlər zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.
mənbə: marneulifm