Potidə güclü qasırğa onlarla evə ziyan vurub

Qasırğa Potidə onlarla evə ziyan vurub

Oct 20, 2024 - 16:58
 0  39
Potidə güclü qasırğa onlarla evə ziyan vurub

Qasırğa Potidə onlarla evə ziyan vurub.

Bu barədə Poti meriyası məlumat yayıb.

Məlumata görə, güclü yağış nəticəsində yaşayış evlərinin həyətlərini və birinci mərtəbələrini su basıb.

"Potidə təbii fəlakət 3-cü gündür davam edir. Dünən axşam saatlarında yenidən qazırğa baş verib, yaşayış evlərinin dam örtüyünə ziyan dəyib. Güclü yağış nəticəsində yaşayış evlərinin həyətlərini və birinci mərtəbələrini su basıb.

Bu dəfəki məlumata görə, Nabadi rayonunda qasırğa nəticəsində 13, yağış nəticəsində 23 ailə zərər görüb. Mərkəz ərazisində 45 ailə, ada ərazisində qasırğadan 3 ailə, yağışdan 20 ailə zərər çəkib. Maltakvi rayonunda qasırğa nəticəsində 30 yaşayış evinin dam örtüyü, daşqın nəticəsində isə 80 yaşayış evi zədələnib”, - meriyanın yaydığı məlumatda deyilir.