Polis Laqodexidə qəsdən adam öldürməkdə ittiham olunan 1 nəfəri saxlayıb

Jun 23, 2025 - 16:08
 0  12
Polis Laqodexidə qəsdən adam öldürməkdə ittiham olunan 1 nəfəri saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Laqodexidə qəsdən adam öldürməkdə ittiham olunan, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Q.B. saxlanılıb.

İstintaqın müəyyən etdiyinə görə, təqsirləndirilən şəxs Laqodexidə mübahisə zamanı 1968-ci il təvəllüdlü R.S.-ni soyuq silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralı kişi xəstəxanaya çatdırıldıqdan qısa müddət sonra ölüb.

Polis Q.B.-ni isti izlərlə saxlayıb və onu təqsirləndirilən şəxs qismində həbs edib. Hüquq-mühafizə orqanları cinayət alətini maddi sübut kimi götürüblər.

Nazirliyin məlumatına görə, hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur.

Cinayət 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: marneulifm