Pekin Xameneiyə görə Vaşinqtona xəbərdarlıq etdi

Jun 19, 2025 - 11:31
 0  41
Pekin Xameneiyə görə Vaşinqtona xəbərdarlıq etdi

Çin hökuməti ABŞ prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xameneiyə qarşı səsləndirdiyi hədədən və “İrana qeyd-şərtsiz təslim olun” çağırışından sonra Vaşinqtona xəbərdarlıq edib.

Xeber.ge xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Ciakun açıqlama verib.

O bildirib ki, Çin İran-İsrail müharibəsinin daha da alovlanmasından ciddi narahatdır və BMT Nizamnaməsinə zidd olaraq hər hansı bir ölkənin suverenliyinin pozulmasına qarşıdır.

“Yaxın Şərqdə gərginliyin artması heç kimin marağında deyil. İsrail üzərində xüsusi təsir sahibi olan ölkələr məsuliyyətli davranmalı, ədalətli və obyektiv mövqe sərgiləyərək bölgədəki qarşıdurmanın genişlənməsinin qarşısını almalıdır”, - sözçü qeyd edib.

Xatırladaq ki, Donald Tramp “Truth Social” hesabında Xamenei barəsində paylaşım edib: “Harada gizləndiyini dəqiq bilirik. Asan hədəfdir, amma hələlik onu ortadan qaldırmayacağıq”. O, daha sonra “Qeyd-şərtsiz təslim olun” paylaşımı ilə İrana qarşı təzyiqini artırıb.

mənbə: publika.az