Ölkədə nəqliyyat vasitələrinin sayı rekord həddə yaxınlaşır

Nov 20, 2025 - 13:59
 0  26
Ölkədə nəqliyyat vasitələrinin sayı rekord həddə yaxınlaşır

Gürcüstanda avtomobillərin sayı 3,1 milyon təşkil edir və onların təxminən 2 milyonu Gürcüstan vətəndaşlarının mülkiyyətindədir, 

Xeber.ge xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

Onun sözlərinə görə, “Ölkədə ümumilikdə 3,1 milyondan çox avtomobil var ki, bu da yol-nəqliyyat hadisələri ehtimalını artırır”.

O qeyd edib ki, cari ilin 9 ayı üzrə məlumatlara əsasən, ölkədə artıq 1 972 692 avtomobil Gürcüstan vətəndaşlarının adına qeydiyyatdan keçib.