NATO-dan Gürcüstan hesabatı: Azərbaycanla da...

Mar 26, 2026 - 18:55
 0  62
NATO-dan Gürcüstan hesabatı: Azərbaycanla da...

2024-cü il parlament seçkiləri və sonrakı hadisələr kontekstində müttəfiqlər NATO-nun Gürcüstanla əməkdaşlığı yenidən nəzərdən keçiriblər.

Bu barədə NATO- nun illik hesabatında əksini tapıb.

Alyansın baş katibi Mark Ruttenin 2025-ci il hesabatında deyilir ki, yuxarıda qeyd olunanların nəticəsi olaraq, "NATO-Gürcüstan Əsas Paketi"nin bəzi aspektləri də daxil olmaqla, NATO-Gürcüstan əməkdaşlığının elementləri prioritet baxımından yenidən müəyyən edilib.

Hesabata görə, Gürcüstan Müdafiə Qüvvələri ilə müdafiə sahəsində əməkdaşlıq irəliləyib və bu, may ayında keçirilən NATO-Gürcüstan təlimlərində öz əksini tapıb.

Ruttenin hesabatında deyilir ki, "NATO-nun Tiflisdəki Əlaqələndirmə Ofisi Cənubi Qafqaz regionundakı hər üç tərəfdaşla əməkdaşlığı davam etdirir

mənbə: axar,az