Mtsxetada qanlı insident – bir nəfər yaralanıb

Nov 11, 2025 - 11:14
 0  12
Mtsxetada qanlı insident – bir nəfər yaralanıb

Polis 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.B.-ni qəsdən yüngül bədən xəsarəti yetirmək ittihamı ilə saxlayıb.
Araşdırma göstərib ki, A.B. qonşusu ilə mübahisə zamanı ona bıçaqla xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Xeber.ge xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib və tibbi yardım alıb.

Şübhəli şəxs polis tərəfindən “isti izlərlə” tutulub. Hadisə zamanı istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Cinayət əməlinə görə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.