Marneulidə yaşayış evində yanğın baş verib

Marneuli şəhərinin Xudu Borçalı küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Hadisə bir neçə saat bundan qabağ baş verib.
Ev sahibinin sözlərinə görə, evə gələndə evin damından tüstü çıxdığını görüb və dərhal yanğın baş verdiyini anlayıb.
Yanğın qısa müddətdə evin bir hissəsini əhatə edib. Dərhal hadisə yerinə çağırılan yanğınsöndürən briqadalar alovun qarşısını alaraq yanğını söndürüblər.
İlkin ehtimallara görə, yanğının elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində başladığı bildirilir.
Yanğın nəticəsində evə maddi ziyan dəyib, lakin xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
mənbə: interpress