Marneulidə saxta qızıl məmulatları ilə dələduzluq edən 4 nəfər saxlanılıb

Jan 30, 2026 - 11:52
 0  32
Marneulidə saxta qızıl məmulatları ilə dələduzluq edən 4 nəfər saxlanılıb

Marneuli rayonunda külli miqdarda dələduzluq etməkdə ittiham olunan 4 nəfər hakim qərarı ilə saxlanılıb.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, saxlanılan şəxslər — 2004-cü il təvəllüdlü İ.G., 2002-ci il təvəllüdlü R.M., 2004-cü il təvəllüdlü N.B. və 1997-ci il təvəllüdlü A.M.-dir.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Marneuli və Tbilisi şəhərlərində yerləşən mikromaliyyə təşkilatlarına saxta qızıl məmulatları girov qoyaraq dələduzluq yolu ilə pulları ələ keçiriblər.

Məlumata əsasən, mikromaliyyə təşkilatlarına dəymiş ümumi ziyan 48 845 lari təşkil edir. Hüquq-mühafizə orqanları saxta qızıl məmulatlarını maddi sübut kimi müsadirə ediblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri (dələduzluq) ilə istintaq aparılır. Bu maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.