Marneulidə sahibkarın evinin həyətinə “Molotov kokteyli” atılıb

Nov 11, 2026 - 21:46
 0  60
Marneulidə sahibkarın evinin həyətinə “Molotov kokteyli” atılıb

Marneuli bələdiyyəsində yerli sahibkarın yaşadığı evin həyətinə yandırıcı maddə - “Molotov kokteyli” atılıb.

XEBER.GE xeber  verir ki, məlumata görə, hadisə noyabrın 5-də və 6-da baş verib.

Hücumlar nəticəsində xəsarət alan olmayıb. Hadisənin motivi isə hələlik məlum deyil.

Daxili İşlər Nazirliyi “Mtavari” telekanalına faktı təsdiqləyib.

Qurumun məlumatına görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin əmlakın zədələnməsi və ya məhv edilməsini nəzərdə tutan 187-ci maddəsi ilə istintaq başlanılıb.

Hələlik hadisə ilə əlaqədar heç kim saxlanılmayıb.