Marneulidə iş adamının evinə əl qumbarası atılıb

Apr 8, 2025 - 14:25
Apr 8, 2025 - 14:26
 0  119
Marneulidə iş adamının evinə əl qumbarası atılıb

Marneuli Bələdiyyəsinin kəndlərindən birində qorxunc hadisə baş verib.

Məlumata görə, aprelin 6-ı gecə saatlarında naməlum şəxslər iş adamının evinə əl qumbarası atıblar.

Xoşbəxtlikdən, möcüzə nəticəsində bomba partlamayıb və faciə yaşanmayıb.

Qorxunc hücumun arxasında kriminal aləmin nümayəndələrinin dayandığı iddia edilir. Əldə edilən məlumatlara görə, bir müddət əvvəl iş adamından kriminal aləmin üzvləri külli miqdarda pul tələb ediblər, lakin biznesmen bu tələbi qəti şəkildə rədd edib.

Hadisənin təfərrüatları araşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.

mənbə: aktual