Marneulidə 11 min lariyə azərbaycanlı məhbusu azad etdirmək vədi verən şəxs saxlanılıb

Nov 24, 2026 - 11:28
 0  6
Marneulidə 11 min lariyə azərbaycanlı məhbusu azad etdirmək vədi verən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan, əvvəllər məhkum edilmiş şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində yaşayan vətəndaşa 11 000 lari müqabilində nüfuzlu əlaqələrindən istifadə edərək onun oğlunu Azərbaycanın həbsxanasından azad etdirəcəyini vəd edib.

Saxlanılan şəxs tələb olunan məbləği alaraq dələduzluq yolu ilə mənimsəyib.

O, məhkəmə qərarı əsasında saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.