Marneuli-Tbilisi yolunda ağır qəza: bir nəfər həyatını itirdi
Bu gün Marneuli-Tbilisi avtomagistralının Kumisi hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Nissan" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib.
İlkin məlumatlara görə, minik avtomobilinin sürücüsü hadisə yerindəcə həyatını itirib. Hadisə yerinə polis, təcili tibbi yardım və xilasetmə qrupu cəlb olunub və faktla bağlı araşdırma aparılır.
Qəza səbəbindən magistralda nəqliyyat sıxlığı yaranıb.
mənbə: Interpress