Mamuka Xazaradzeyə 50 000 lari məbləğində girov təyin olunub

“Lelo – Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradzeyə qarşı “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi” ittihamı ilə Tbilisi Şəhər Məhkəməsi tərəfindən 50 000 lari məbləğində girov təyin edilib.
Qərarı məhkəmə hakimi Arsen Kalatozişvili qəbul edib.
Hakimin qərarına əsasən, girovun ödənilməsi üçün 30 gün müddət müəyyən edilib.
Bu gün keçirilən məhkəmə iclasında Xazaradzeyə qarşı hansı qətimkan tədbirinin seçilməsi müzakirə olunub. Dövlət ittihamı 50 000 lari məbləğində girov təyin edilməsini tələb edirdi, müdafiə tərəfi isə qətimkan tədbirinin tətbiq olunmamasını istəyirdi.
İclasda Mamuka Xazaradze özü də iştirak edib.
Xatırladaq ki, Mamuka Xazaradze 25 mart tarixində Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının iclasına izahat vermək üçün çağırılmışdı, lakin iclasa qatılmamışdı. Daha sonra isə ifadəsini magistrat hakim qarşısında vermişdi.
Xazaradzeyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi üzrə irəli sürülüb. Bu maddə Parlamentin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsini nəzərdə tutur və bu hərəkətə görə cərimə, bir ilədək azadlıqdan məhrumetmə və ya üç ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququnun məhdudlaşdırılması cəzası nəzərdə tutulur.
mənbə: interpress