Maduro arvadının həbsini özü istəyib?

Jan 8, 2026 - 11:54
 0  26
Maduro arvadının həbsini özü istəyib?

“ABŞ hərbçiləri Karakasdakı əməliyyat zamanı Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirərkən onun həyat yoldaşı Siliya Floresi özləri ilə aparmağı planlaşdırmayıb”.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı “Telesur” telekanalına müsahibəsində Venesuelanın vətəndaşların təhlükəsizliyi üzrə vitse-prezidenti, daxili işlər və ədliyyə naziri Diosdado Kabelo açıqlayıb. 

O vurğulayıb ki, Siliya hərbçilərdən onu da Maduro ilə birgə aparmağı xahiş edib. 

Bununla yanaşı, nazirin sözlərinə görə, ABŞ-nin əməliyyatı nəticəsində ölkədə 100 nəfər həlak olub.

mənbə: oxu24.com