Laqodexidə yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Laqodexidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın klinikada dünyasını dəyişib.
61 yaşlı qadın əvvəlcə huşsuz vəziyyətdə və bədənində çoxsaylı xəsarətlərlə Arximed klinikasına yerləşdirilib, daha sonra Tbilisiyə köçürülüb, lakin həkimlər onu xilas edə bilməyiblər.
Ötən gün Laqodexidə yol qəzası baş verib. Minik avtomobili ilə qoşqu toqquşub. Minik avtomobilində olan ana və oğul ağır bədən xəsarətləri alıb, gənc oğlan yerindəcə dünyasını dəyişib.
mənbə: interpress