Laqodexidə baş verən yol qəzasında bir nəfər ölüb

Aug 30, 2025 - 21:04
 0  10
Laqodexidə baş verən yol qəzasında bir nəfər ölüb
: :
playing

Laqodexi-Tbilisi yolunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qoşqu ilə minik avtomobili toqquşub.

Toqquşma nəticəsində minik avtomobilində olan ana və oğul ağır bədən xəsarətləri alıblar. Gənc oğlan yerindəcə dünyasını dəyişib, anası isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

mənbə: interpress