Kutaisidə Rioni SES yaxınlığında çaya düşən avtomobildən iki nəfərin meyiti çıxarılıb
Fövqəladə Halların İdarəolunması Xidmətindən “Tabula”ya bildirilib ki, xilasedicilər Rioni SES yaxınlığında çaya düşən avtomobili tapıblar. Çaydan iki nəfərin meyiti çıxarılıb.
XEBER.GE xeber verir ki, avtomobil bu gün, noyabrın 3-də Kutaisidə, Rioni SES yaxınlığında çaya düşüb. Hadisə yerində dalğıc-xilasedicilər avtomobildə olan şəxsləri axtarırdılar.
Gürcüstan Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanıb.
Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.