Kobuletidə yol kameraları atəşə tutulub

Apr 13, 2026 - 11:06
 0  18
Kobuletidə yol kameraları atəşə tutulub

Gürcüstanın Kobuleti bələdiyyəsinin Qvara kəndində magistral yolda quraşdırılmış müşahidə kameralarına odlu silahdan atəş açılıb.

Xeber.ge “Adjara Times” nəşrinə istinadən verdiyi məlumata görə, sıradan çıxarılan avadanlıqlar Gürcüstan Daxili İşlər Nazirliyinə məxsus olub.

  Məlumata əsasən, sözügedən kameralar yollarda sürət həddinə nəzarət funksiyasını yerinə yetirirdi. Sakinlərin bildirdiyinə görə, cihazlar bir neçə həftə əvvəl qəsdən zədələnib. Kameraların üzərində odlu silahdan açılan atəşin izləri aşkar edilib.

  Hazırda faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin hansı maddə ilə təhqiq olunduğu və şübhəli şəxslərin müəyyən edilib-edilmədiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Hüquq-mühafizə orqanları ərazidəki digər müşahidə vasitələrini və dəlil-sübutları nəzərdən keçirir.