Marneulidə yol qəzası: Avtomobil yolu süpürən qadını vurub

Marneulidə 26 May küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil yolu süpürən qadını vurub.
Hadisə nəticəsində qadın ağır xəsarətlər alıb.
İlkin yayılan məlumatlarda qadının hadisə yerində həyatını itirdiyi bildirilsə də, sonradan məlum olub ki, o, gecə saatlarında Marneuldə yerləşən xəstəxanaya çatdırılıb. Qadın dərhal əməliyyata alınıb və hazırda vəziyyəti ağır olaraq qalır.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
mənbə: Interpress