İsrailin endirdiyi zərbələr 11 CAN ALDI

Oct 29, 2025 - 10:38
 0  20
İsrailin endirdiyi zərbələr 11 CAN ALDI

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Xeber.ge xəbər verir ki,  bu barədə Fələstinin "HƏMAS" hərəkatına yaxın olan Al Aqsa telekanalı məlumat yayıb.

Məlumata əsasən, zərbələr hazırda davam edir. Anklavın inzibati mərkəzi olan Qəzza şəhəri və sahil əraziləri hücuma məruz qalıb.

Qəzza zolağının şimal hissəsindəki məcburi köçkünlərin məşkulanşma mərkəzinə də hava hücumu edilib. Ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib.

mənbə: publika.az