İslamda şəhidliyin yüksək məqamı

Nov 26, 2024 - 13:08
 0  11
İslamda şəhidliyin yüksək məqamı

Cənnət, Allah yolunda şəhid olanların olması ilə yanaşı, Allah onların zəhmət və əməllərini bu dünyada puç etməz, qanlarını bu dünyada bərəkətli edər.

Qurani-Kərim şəhadəti çox yüksək məqam hesab edərək, şəhidlər üçün çoxlu fəzilətlər sadalamışdır. Şəhidlərin xüsusiyyətlərindən biri də Rəbbinin lütfündən bəhrələnmələri və buna görə də çox şad və şən olmalarıdır: "(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar" (Ali-İmran/170). Bu ayəyə əsasən, şəhidlər həqiqətən diridirlər. Çünki onlar bu dünyada tamamilə təsirli olurlar və mömin qardaşlarının köməyinə tələsirlər. Şəhidlər mücahid qardaşlarına müjdə verirlər ki, onlarda heç bir qorxu və narahatlıq olmasın. Bunun səbəbi odur ki, şəhidlər o dünyada qardaşlarının məqam və savablarını görüb onlara müjdə verirlər.
Şəhidliyin böyük əhəmiyyəti və sonunun xeyirli olması Həzrət Peyğəmbərin (s) hədislərində də öz əksini tapmışdır. Allahın Rəsulu (s) şəhadət məqamının əzəmətini ifadə edərkən belə buyurmuşdur: “Allah yolunda öldürülənə qədər hər yaxşılıqdan daha üstün bir yaxşılıq var. Amma elə ki, Allah yolunda öldürüldü, artıq ondan üstün heç bir yaxşılıq yoxdur".
Həmçinin Həzrət Peyğəmbər (s) buyurur: "Üç qrup vardır ki, Qiyamət günü şəfaət edərlər və Allah onların şəfaətini qəbul edər: Peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər".
Həzrət Əli (ə) də Həzrət Peyğəmbərin (s) sədaqətli səhabəsi olaraq şəhidlik barədə buyurur: "And olsun Əbi Talibin oğlunun canı əlində olan kəsə ki, min qılınc zərbəsi mənim üçün yataqda ölümdən asandır."
Cənnət, Allah yolunda şəhid olanların olması ilə yanaşı, Allah onların zəhmət və əməllərini bu dünyada puç etməz, qanlarını bu dünyada bərəkətli edər. Bu, Uca Allahın Qurani-Kərimdə buyurduğu vədidir: “Allah yolunda öldürülmüş kəslərin əməllərini (Allah) əsla itirmir”. "Tezliklə onları (Bərzəx və axirətin kəramətli dərəcələrinə) yönəldəcək və (o dünyada) onların vəziyyət və işləriniyaxşılaşdıracaq". "Və onları (dünyada) tanıtdırdığı, hüdud və sərhədlərini bildirdiyi və onlar üçün bəzəyib ətirlədiyi Cənnətə daxil edəcəkdir" (Məhəmməd, 4-6).

mənbə: iqna