İranda müharibə: yaralıların sayı 20 mini ötdü
ABŞ-İsrail hücumlarında bu günədək 20 617 iranlı yaralanıb.
Xeber.ge xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Hazırda 1111 nəfər xəstəxanaya yerləşdirilib, 19506 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
ABŞ və İsrailin İrana hücumları nəticəsində 227 qadın və 206 azyaşlı həlak olub.
Azı 18 səhiyyə işçisi həlak olub, 101 tibb işçisi isə yaralanıb.
mənbə: axar.az