İran İsrailin silah və aerokosmik obyektlərinə zərbələr endirdi - VİDEO

Mar 24, 2026 - 21:46
 0  11

İran Silahlı Qüvvələri İsraildə yerləşən "Rafael Advanced Defense Systems" silah şirkətinin sənaye obyektlərinə və "Israel Aerospace Industries" texnologiya firmasına zərbələr endirib.

Xeber.ge xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İran İslam Respublikasının ordusu martın 24-də Hayfada yerləşən "Rafael" silah şirkətinə, həmçinin Ben-Qurion hava limanı yaxınlığındakı "Israel Aerospace Industries" obyektlərinə və həmin hava limanında yerləşən yanacaqdolduran təyyarələrə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

mənbə: oxu.az