İlahi mesaj: Allah xəyanətkarları sevmir
Mütəal Allah insanlara belə bir mesaj verir ki, biz gərək Allahın məhəbbət və qəzəbini öz əməllərimizin meyarı qərar verək. Yəni kimsəyə heç bir şəkildə xəyanət etməyək. Çünki əgər xəyanət etsək, Allahın məhəbbətini deyil, qəzəbini qazanmış olarıq.
Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.
O ilahi mesajlardan biri də budur ki, heç bir halda xəyanət etməməli və xəyanətkar olmamalıyıq. Çünki xəyanətkar olan insanı faciəli bir aqibət gözləyir. O da budur ki, varlığın yaradıcısı və idarəedicisi olan Allah, xəyanətkar insanı sevməz. Necə ki, "Ənfal" və "Nisa" surələrində buyurulur:
«وَ إِمَّا تَخافَنَّ مِنْ قَوْمٍ خِيانَةً فَانْبِذْ إِلَيْهِمْ عَلي سَواءٍ إِنَّ اللَّهَ لا يُحِبُّ الْخائِنينَ»
"Əgər (əhd-peymanınız olan) bir dəstənin xəyanətindən və əhd-peymanı pozmasından qorxsan, onda sən də (əhd-peymanını pozmağı) bərabərlik və ədalət əsasında onlara tərəf at (və elan etməmiş öz əhd-peymanını pozma) ki, həqiqətən Allah xainləri sevmir" (Ənfal, 58).
«وَ لا يَحْسَبَنَّ الَّذينَ کَفَرُوا سَبَقُوا إِنَّهُمْ لا يُعْجِزُونَ»
"Kafirlər əsla irəli keçmiş olduqlarını (Bizim səltənətimizdən xaric olduqlarını) zənn etməsinlər. Şübhəsiz, onlar Bizi aciz edə bilməzlər (Bizim əzabımızdan qaçıb qurtula bilməzlər)" (Ənfal, 59).
Bu ayələrdə tarixdə Peyğəmbər (s) və müsəlmanlara ağır zərbələr vuran və nəhayət bunun acı nəticəsini dadmış başqa bir qrup İslam düşmənindən bəhs edir.
Bu dəstə Peyğəmbərlə (s) dəfələrlə əhd bağlayan və qorxaqcasına əhdi pozan həmin Mədinə “yəhudiləri” idi.
Sözügedən ayələr Peyğəmbərin (s) bu əhd-peymanı pozan qrupla etməli olduğu möhkəm üsulu ifadə edir. Bu üsul, başqalarına dərs olacaq və bu qrupun təhlükəsini aradan qaldıracaq bir üsuldur.
Baxmayaraq ki, "Allah xəyanətkarları sevmir" ifadəsi əhdi pozan münafiqlər barəsində gəlib. Amma ayə heç bir qeyd və şərt olmadan zikr olunub. Peyğəmbərlə (s) Bəni Qureyzə və onların bənzərləri kimi xüsusi əhd bağlamış, amma həmin əhdə xəyanət edən şəxslərdən əlavə, hər bir xəyanətə işarə edir. Həmçinin bildirir ki, hər bir halda xəyanət edəni Allah sevməz. Yəni ayə xəyanətin bütün növlərinə şamil olur. Xəyanətin hər növü pisdir və Allah tərəfindən bəyənilmir.
"Ənfal" surəsinin 59-cu ayəsində də xəyanət edərək Allahı, müsəlmanları və haqq cəbhəsini zəiflədəcəklərini düşünənlərə bildirilir ki, buna nail ola bilməzlər.
Mütəal Allah habelə "Nisa" surəsinin 107-ci ayəsində buyurur:
«وَ لاَ تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنْفُسَهُمْ إِنَ اللَّهَ لاَ يُحِبُ مَنْ کَانَ خَوَّاناً أَثِيماً»
"Özlərinə xəyanət edən (və öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar və günahkar şəxsi sevmir".
Bu ayədə də Allahın çox xəyanət edən şəxsi sevmədiyi vurğulanır.
İnsanlara zülm və xəyanət özünə xəyanətdir. Çünki onun aşağıdakı yan təsirləri var:
1. Səmimiyyət və ədalət ruhunun itirilməsinə səbəb olur.
2. Sabah qiyam edəcək məzlumları məhrum etmə səbəbidir.
3. Bu, Allahın qəzəbinə və cəhənnəmin özü üçün hazırlanmasına səbəb olur.
4. Cəmiyyəti aludə edir və bu aludə etmə xəyanətkarın özünə də təsir edir.
Qeyd edək ki, bu ayədən bir sıra məsələlər istifadə olunur:
Xaini müdafiə etmək haramdır, xəyanətə razı olmaq isə cinayətdə iştirak etmək deməkdir.
Quran mədəniyyətində cəmiyyətin üzvləri bir bədənin üzvü kimidir və cəmiyyətə xəyanət insanın özünə xəyanətdir.
Beləliklə, mütəal Allah insanlara belə bir mesaj verir ki, biz gərək Allahın məhəbbət və qəzəbini öz əməllərimizin meyarı qərar verək. Yəni kimsəyə heç bir şəkildə xəyanət etməyək. Çünki əgər xəyanət etsək, Allahın məhəbbətini deyil, qəzəbini qazanmış olarıq.
mənbə: iqna