Gürcüstanın sabiq müdafiə nazirinin əmlakı müsadirə olunur
Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze və onun ailə üzvlərinin illər boyu topladığı daşınar və daşınmaz əmlakları dövlət xeyrinə müsadirə ediləcək.
Xeber.ge xeber verir ki,
İstintaq materiallarına görə, müsadirə olunacaq aktivlər arasında aşağıdakılar var:
· İspaniyanın Malaqa şəhərindəki 5 ulduzlu kurortda yerləşən villa;
· Tbilisinin Bagebi rayonunda lüks mənzil;
· Avtomobil dayanacağı;
· "Badam bağları" (Nushis Baghebi) rezidensiyasındakı mülk.
Məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar Xidmətinin rəhbəri Vladimer Quduşauri istintaqla əməkdaşlıq edərək nazirin əleyhinə ifadə verdiyi üçün onunla prosessual razılaşma imzalanacaq.
Lakin sabiq nazirin müavini Giorgi Xaindrava və Burçuladzenin özünə cəzanın yüngülləşdirilməsi barədə rədd cavabı verilib.