Gürcüstanın müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb
Almaniya Xarici İşlər Nazirliyi Gürcüstanın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.
Bu barədə məlumatı Almaniya XİN yayıb.
“Bu gün Almaniya Xarici İşlər Nazirliyi Gürcüstanın müvəqqəti işlər vəkilini çağırdı. Biz açıq mesaj verdik: Gürcüstan hökumətinin Tbilisidə Almaniya səfirinə qarşı irəli sürdüyü əsassız ittihamlar və aqressiv ritorika qəbuledilməzdir və dayandırılmalıdır”, – qurumun açıqlamasında deyilir.
mənbə: interpress